Putin prezidentliyə namizəd olmuş şəxslərlə görüşəcək

Putin prezidentliyə namizəd olmuş şəxslərlə görüşəcək Bakı. 19 mart. REPORT.AZ/ Rusiya lideri Vladimir Putin prezident seçkilərində namizəd olmuş bütün rəqibləri ilə görüş keçirmək niyyətində olduğunu bildirib.
Region
19 Mart , 2018 01:24
Putin prezidentliyə namizəd olmuş şəxslərlə görüşəcək

Bakı. 19 mart. REPORT.AZ/ Rusiya lideri Vladimir Putin prezident seçkilərində namizəd olmuş bütün rəqibləri ilə görüş keçirmək niyyətində olduğunu bildirib.

"Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında qeyd edib.

"Bəli, planlaşdırıram. Baxarıq, administrasiya onlarla əlaqə saxlayacaq, biz razılaşacağıq və mən onların hamısını görüşə çağıracam", - deyə o, mətbuat konfransında bildirib.

Putin həmçinin qeyd edib ki, hökumətdəki bütün dəyişikliklər inauqurasiyadan sonra olacaq.

Qeyd edək ki, seçki bülletenlərinin yarıdan çoxunun hesablanmasına əsasən Putin seçkilərdə 75 faizdən çox seçici səsi toplayıb.

Son xəbərlər

Orphus sistemi