Vladimir Putin: "ABŞ-ın Rusiyaya qarşı münasibəti tezliklə dəyişən deyil"

Vladimir Putin: "ABŞ-ın Rusiyaya qarşı münasibəti tezliklə dəyişən deyil" "Biz kifayət qədər uzun müddət gözlədik ki, bəlkə yaxşılığa doğru nəsə dəyişə"
Region
31 İyul , 2017 01:55
Vladimir Putin: ABŞ-ın Rusiyaya qarşı münasibəti tezliklə dəyişən deyil
TASS

Bakı. 31 iyul. REPORT.AZ/ Prezident Vladimir Putin hesab edir ki, ABŞ-ın Rusiyaya qarşı münasibəti əgər dəyişəcəksə də, bu, tezliklə olan şey deyil.

"Report" xəbər verir ki, bunu o, Ümumrusiya Dövlət Televiziya və Radioyayım Şirkətinin aparıcısı Vladimir Solovyova müsahibəsində bildirib.

"Biz kifayət qədər gözlədik ki, bəlkə yaxşılığa doğru (ABŞ-ın Rusiyaya münasibətində - "Report") nəsə dəyişər, ümid edirdik ki, vəziyyət necəsə dəyişəcək. Lakin, göründüyü kimi, əgər o dəyişəcəksə belə, bu tezliklə olmayacaq", - Putin bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya hakimiyyəti hazırkı vəziyyətdə heç nəyi cavabsız qoymayacağını göstərməli idi.

Putin onu da deyib ki, Rusiyanın cavab tədbirləri toplusu kifayət qədər böyükdür.

O, həmçinin qeyd edib ki, Rusiya hakimiyyəti hazırkı vəziyyətdə heç nəyi cavabsız qoymayacağını göstərməli idi.

Putin onu da deyib ki, Rusiyanın cavab tədbirləri toplusu kifayət qədər böyükdür.

Amerika diplomatik missiyasının azaldılması ABŞ-ın heç bir səbəb olmadan Rusiya əleyhinə yeni sanksiyaların tətbiqinə dair hərəkətlərinə yalnız bir cavab oldu. Bu Rusiya-ABŞ münasibətlərinin pisləşməsinə görə atılan düzgün addım idi. 

Son xəbərlər

Orphus sistemi