Potidə böyük əşya bazarı yanıb - FOTO

Potidə böyük əşya bazarı yanıb - FOTO Yanğın nəticəsində artıq bazarda fəaliyyət göstərən 150 mağazadan təxminən 70-i yanıb, 500 kvadratmetrdən çox sahəyə zərər dəyib
Region
10 İyul , 2017 12:08
Potidə böyük əşya bazarı yanıb - FOTO
Sputnik Georgia

Bakı. 10 iyul. REPORT.AZ/ Gürcüstanın Poti şəhərində böyük əşya bazarında güclü yanğın olub.

"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, şəhərin mərkəzində yerləşən bazardakı yanğını söndürmək üçün 9 yanğınsöndürmə briqadası iştirak edib.

Yanğın nəticəsində artıq bazarda fəaliyyət göstərən 150 mağazadan təxminən 70-i yanıb, 500 kvadratmetrdən çox sahəyə zərər dəyib. Bu gün səhər saatlarında başlayan yanğının başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi