Poroşenko: "Ukrayna başlardakı SSRİ-ni basdırmaq üçün vuruşur"

Poroşenko: "Ukrayna başlardakı SSRİ-ni basdırmaq üçün vuruşur" "Sovet koloniya keçmişinin yeni və köhnə versiyaları, dəqiq bizim üçün deyil"
Region
3 Dekabr , 2016 05:30
Poroşenko: Ukrayna başlardakı SSRİ-ni basdırmaq üçün vuruşur

Bakı. 3 dekabr. REPORT.AZ/ "Sovet İttifaqı hələ də basdırılmayıb, o, insanların "başlarında"dır".

"Report" xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Polşada "Liderlik forumu" çərçivəsində keçirilən konfransda çıxışı zamanı deyib.

"Sovet İttifaqı nə sənəddə, nə də Belovej cəngəlliyindədir. Sovet İttifaqı başlardadır. Və bu mənada Sovet İttifaqı hələ də basdırılmayıb. Və, açıq danışdığım üçün üzr istəyirəm, Ukrayna indi bəzilərinin başlarında olan Sovet İttifaqının basdırılması üçün vuruşur, çünki müharibə üçün bir bəhanə mövcud deyil",— deyə Ukrayna lideri bildirib.

Poroşenko əlavə edib ki, 25 il əvvəl Ukrayna müstəqillik əldə edib, "çünki artıq doğrudan da Sovet İttifaqının tərkibində qalmaq və daha Sovet koloniyası olmaq istəmirdi".

"Sovet koloniya keçmişinin yeni və köhnə versiyaları, dəqiq bizim üçün deyil. Bizim üçün olan Avropanın birliyidir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi