Politoloq: “İranla Azərbaycan arasında münasibətlərin normallaşması üçün terror aktının günahkarlarını cəzalandırmaq lazımdır”

Politoloq: “İranla Azərbaycan arasında münasibətlərin normallaşması üçün terror aktının günahkarlarını cəzalandırmaq lazımdır” “İranla Azərbaycan arasında münasibətlərin normallaşması yalnız yanvarın 27-də Azərbaycan səfirliyinə hücumun hərtərəfli araşdırılması, birbaşa günahkarların və sifarişçilərin məsuliyyətə cəlb edilməsi ilə mümkündür”.
Region
22 Fevral , 2023 16:57
Politoloq: “İranla Azərbaycan arasında münasibətlərin normallaşması üçün terror aktının günahkarlarını cəzalandırmaq lazımdır”

“İranla Azərbaycan arasında münasibətlərin normallaşması yalnız yanvarın 27-də Azərbaycan səfirliyinə hücumun hərtərəfli araşdırılması, birbaşa günahkarların və sifarişçilərin məsuliyyətə cəlb edilməsi ilə mümkündür”.

“Report” xəbər verir ki, bunu ukraynalı politoloq Aleksiy Buryaçenko deyib.

Onun sözlərinə görə, mövcud şəraiti və Azərbaycanın qətiyyətlə səsləndirdiyi tələbləri nəzərə alaraq, güman etmək olar ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə İranla diplomatik münasibətlər müvəqqəti işlər vəkili səviyyəsinə endirilə bilər: “İran hakimiyyəti günahkarların ədalətli şəkildə cəzalandırılması və baş verənlərin bir daha təkrarlanmaması üçün ciddi nəticələr çıxarmayana qədər məsələ həll olunmayacaq”.

Politoloq vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında bu insidentin səbəblərindən bəhs edib və əsaslandırılmış şəkildə güman edib ki, səfirliyə hücum İran isteblişmentinin nümayəndələrinin təşəbbüsü və himayəsi ilə həyata keçirilib: “Fikrimcə, bu insident yalnız ilk baxışdan sadə görünür... İlkin mərhələdə hüquq-mühafizə orqanlarının əməkdaşlarının zəif reaksiyası və ya İlham Əliyevin dediyi kimi, terrorçunun 30-40 dəqiqə ərzində tərk-silah edilməməsi və polis maşınları, təhlükəsizlik xidmətinin işçilərinin gəlib-getməsi, sonradan əli qandal vurulmamış cinayətkarın İran mediasına sərbəst şəkildə müsahibəsi ən azı çox qəribə görünür... Üstəlik, onun əqli çatışmazlığı olan insan olması ilə bağlı ekspertizanın nəticələrinin cəmi iki günə verilməsi bir sıra əsaslı şübhələr yaradır”.

Onun fikrincə, sanki kimsə qəsdən “işinin yüngülləşdiriləcəyinə” vəd edilən cinayətkarı Azərbaycan səfirliyinə qanlı təxribat törətməyə göndərib, daha sonra isə növbəti reaksiyaları görmək üçün bu hadisələrin “ilk mənbə”dən işıqlandırılmasına şərait yaradıb.

A.Buryaçenko əlavə edib ki, bunda açıq terror əlamətləri var.

Ukraynalı politoloq hesab edir ki, İran hakimiyyəti başqa bir dövlətin diplomatik missiyasının lazımi səviyyədə təhlükəsizliyinin təmin edilməməsinə görə tam məsuliyyət daşıyır və bu, Vyana Konvensiyasının pozulması kimi qiymətləndirilə bilər.

Bundan başqa, o, hadisələrin mənfi istiqamətdə cərəyan edə biləcəyini düşünür. Belə ki, ekspertin fikrincə, bu insident bütövlükdə Yaxın Şərq regionunda siyasi sabitliyin pozulmasına səbəb ola bilər: “Bir sözlə, bu vəziyyəti nəzərə alsaq, Azərbaycan səfirliyinin təxliyəsi rəsmi Bakı tərəfindən müvəqqəti, lakin tamamilə əsaslandırılmış qabaqlayıcı tədbir kimi qiymətləndirilməlidir”.

A.Buryaçenko sonda vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin, şübhəsiz ki, bu zorakılıq aktını terror adlandırmaq və onun tez bir zamanda lazımi qaydada araşdırılmasını tələb etmək hüququ var.

Son xəbərlər

Orphus sistemi