Politoloq: "ABŞ Ermənistan, Qırğız Respublikası və Özbəkistanda "rəngli inqilablar" planlaşdırır"

Politoloq: "ABŞ Ermənistan, Qırğız Respublikası və Özbəkistanda "rəngli inqilablar" planlaşdırır" "ABŞ Rusiya sərhədinin bütün perimetri boyunca sabitliyi pozmaq üçün öz yüksək vəzifəli məmurlarını göndərir"
Region
105
21 Mart , 2015 15:50
Politoloq: ABŞ Ermənistan, Qırğız Respublikası və Özbəkistanda rəngli inqilablar planlaşdırır

Bakı. 21 mart. REPORT.AZ/ "ABŞ Ukrayna böhranının həllində maraqlı deyil, bundan əlavə, onlar Ermənistan, Qırğız Respublikası və Özbəkistanda növbəti "rəngli inqilablar" planlaşdırırlar. "Report" "PanArmenian"a istinadən xəbər verir ki, bu barədə öz rəsmi saytındakı məqalədə amerikalı politoloq və iqtisadçı Pol Kreyq Roberts yazıb. 

Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədi Rusiyada siyasi sabitliyi pozmaq üçün ona təzyiqlərin gücləndirilməsindən ibarətdir: "Vaşinqton Minsk razılaşmalarını pozmaq üçün işlər görür, və  Rusiya sərhədinin bütün perimetri boyunca sabitliyi pozmaq üçün öz yüksək vəzifəli məmurlarını Ermənistan, Qırğız Respublikası və Özbəkistana göndərir".

Son xəbərlər

Orphus sistemi