"Biz bu gün növbəti dəfə Azərbaycanın Moskvadakı səfirliyinin binasına toplaşdıq, çünki 30 il əvvəl ölkədə siyasi vəziyyətə nəzarəti itirən Sovet İttifaqının rəhbərliyi Azərbaycan paytaxtının dinc əhalisinə qarşı misli görünməmiş divan tutub”.
“Report”un Rusiya bürosu xəbər verir ki, bu sözləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş mərasimdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri
Azərbaycanın Moskvadakı səfirliyində keçirilən tədbirdə çıxış edən səfir qeyd edib ki, yanvarın 20-ə keçən gecə Bakıya sovet ordusunun bölmələri yeridilib.
O kontingent ki, insanları tankların tırtılları altında əziblər, gözyaşardıcı qaz tətbiq ediblər. Hətta təcili yardım maşını tankların hücumuna məruz qalıb, həkimlər həlak olub.
“Bu barədə danışmaq dəhşətlidir. Bu, Varfolomey gecəsi idi, dinc insanlara atəş açılırdı və ən maraqlısını vurğulamaq istərdim - heç bir siyasətçi, heç bir aktivist zərər çəkmədi. Yalnız dinc insanlar zərər çəkdilər: qadınlar, uşaqlar, qocalar. Qətiyyən anlaşılmazdır, insanların qorxudulması və məhv edilməsi hansı prinsip üzrə oldu", - səfir deyib.
Səfir vurğulayıb ki, o qorxunc gecə dinc sakinlər öz həyatlarını müstəqillik və bugünkü müasir Azərbaycan dövlətinin azadlığı naminə qurban veriblər.
Polad Bülbüloglu həmçinin Azərbaycan xalqının ümummilli lideri
"Azərbaycan heç bir halda həmin cinayəti bugünkü demokratik Rusiya ilə əlaqələndirmir. Bu faciə Sovet İttifaqında oldu, qərar sovet rəhbərliyi tərəfindən qəbul edilib. Bu cinayət heç vaxt unudulmayacaq və arzulayardım ki, heç vaxt hansısa ölkədə xalq belə faciə ilə üzləşməsin”, - Polad Bülbüloğlu deyib.
İqbal Rüstəmov