Putinin mətbuat katibi Türkiyə qəzetində jurnalist kimi çalışmaq imkanını nəzərdən keçirib

Putinin mətbuat katibi Türkiyə qəzetində jurnalist kimi çalışmaq imkanını nəzərdən keçirib Bakı. 18 fevral. REPORT.AZ/ Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə qəzetində jurnalist kimi çalışmaq imkanını nəzərdən keçirib.
Region
23007
18 Fevral , 2019 15:33
Putinin mətbuat katibi Türkiyə qəzetində jurnalist kimi çalışmaq imkanını nəzərdən keçirib
0 : 00
0 : 00

Bakı. 18 fevral. REPORT.AZ/ Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə qəzetində jurnalist kimi çalışmaq imkanını nəzərdən keçirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə o, "Hürriyet" qəzetinə müsahibəsində bildirib.

Asiya və Afrika Ölkələri İnstitutunda türk dilini öyrənən D.Peskovun sözlərinə görə, söhbət "Milliyyet" qəzetinin Moskva ofisindən gedir.

"Dostum Cenk Başlamış orada işləyirdi. İnformasiya və biliklə maraqlanırdım", -D.Peskov izah edib.

Eyni zamanda Rusiya Prezidentinin mətbuat katibi heç vaxt jurnalistikanı öyrənmədiyini etiraf edib: "Jurnalistika mənim üçün terra inkoqnita olaraq qalır".

D.Peskov əlavə edib ki, dil təcrübəsi üçün Türkiyə qəzetlərini oxumağa davam edir və "Hürriyet", "Sabah", "Cümhurriyet" nəşrlərinə üstünlük verir.

Son xəbərlər

Orphus sistemi