Papanın İraqa səfəri şərəfinə hazırlanan xatirə markası qalmaqal yaradıb

Papanın İraqa səfəri şərəfinə hazırlanan xatirə markası qalmaqal yaradıb Katoliklərin ruhani başçısı, Roma Papası Fransiskin İraqa səfərinə həsr olunan xatirə pulunda Türkiyənin sərhədləri barədə məlumatlar və xəritə təhrif olunub
Region
10 Mart , 2021 10:52
Papanın İraqa səfəri şərəfinə hazırlanan xatirə markası qalmaqal yaradıb

Katoliklərin ruhani başçısı, Roma Papası Fransiskin İraqa səfərinə həsr olunan xatirə pulunda Türkiyənin sərhədləri barədə məlumatlar və xəritə təhrif olunub.

“Report” “Haber Türk”ə istinadən bildirir ki, bunu Türkiyənin hakim İnkişaf və Ədalət Partiyasının sözçüsü Ömər Çelik bildirib.

Onun sözlərinə görə, Roma Papasının şərəfinə çap edilən markada “Kürdüstan” adlanan ərazinin “xəritəsi” və Fransiskin fotosu verilib. “Xəritəyə” Türkiyənin şərq və cənub-şərq bölgələrinin bəzi əraziləri də daxil edilib.

“Bəhs edilən xəritəyə baxdıq. Müxtəlif zamanlarda belə cəhdlər olur. Bunların hamısı yalan və səhv hərəkətlərdir. Əvvəllər Fransa belə bir xəritə buraxmışdı. Ermənistan da vaxtaşırı bunu edir. Bu, ziyarətin xaricində olan bir işdir. Bunu Türkiyəyə qarşı düşmənçilik yaradan bir addım olduğunu düşünürük”, - Ömər Çelik deyib.

Qeyd edək ki, Roma Papası İraqa 4-günlük səfəri çərçivəsində ölkənin şimalındakı muxtar hökumətin lideri Neçirvan Bərzani və baş naziri Məsrur Bərzani ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi