Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Region
  • 07 noyabr, 2026
  • 11:25
Özbəkistanın axtarışa verdiyi narkobaron Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırımızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub.

"Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb.

Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrində işləməklə gizlənirmiş. Mersin əyalət Prokurorluğu ilə Təhlükəsizlik Müdirliyi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları onu bölgədə aşkar edərək, tutub.

Şübhəli təhlükəsizlik idarəsindən sonra məhkəməyə göndərilib.