Özbəkistanda koronavirusa yoluxanların sayı artdı
Region
- 16 aprel, 2020
- 05:36
Mərkəzi Asiya ölkəsi Özbəkistanda daha 47 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Beləliklə, ölkədə qeydə alınmış koronavirusa yoluxma hallarının sayı 1 349-a çatıb.
Qeyd edək ki, Özbəkistanda koronavirusdan indiyədək ölənlərin sayı 4 nəfərdir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 083 000-i ötüb. Bunların 510 666 nəfəri sağalıb, 134 632 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Son xəbərlər
09:05
Özbəkistan səfiri: Azərbaycanda ən çox özbək tələbə Bakı Ali Neft Məktəbində təhsil alır
Elm və təhsil09:04
Qarabağ Dirçəliş Fondu sığortaçı seçib
Maliyyə09:03
Xankəndidə XI Vüqar Həşimov Memorialına start verilir
Fərdi08:57
Çində "Huarong International" şirkətinin keçmiş rəhbəri edam edilib
Digər ölkələr08:50
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (09.12.2025)
Maliyyə08:41
Müşfiqabad və 28 May qəsəbələrinin bir hissəsində işıq olmayacaq
Energetika08:31
Yaponiya Avropanın Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı planından imtina edib
Digər ölkələr08:11
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:02