Özbəkistan əcnəbi turistlər üçün sərhədləri açır
Region
- 18 sentyabr, 2020
- 11:03
Özbəkistan hökuməti karantin tədbirlərinin mərhələli şəkildə yumşaldılması çərçivəsində oktyabr ayının 1-dən etibarən əcnəbi turistlər üçün sərhədləri açacaq.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti yanında Operativ Qərargahının nümayəndəsi bildirib.
Onun sözlərinə görə, turoperatorlara əcnəbi turistlər ikihəftəlik karantin keçmədən 15 nəfərədək qrup halında turlar təşkil etməyə icazə veriləcək. Amma turizm agentlikləri müştərilərinin COVID-19 testindən keçməsini, eləcə də xəstəlik risklərini ödəmək üçün müvafiq sığortanı təmin etməlidirlər.
Özbəkistan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxma hallarının sayı 49 385-dir, 411 xəstə isə infeksiyadan ölüb.
Son xəbərlər
23:50
Bəhreyn Qəzzada dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını təklif edib
Digər ölkələr23:48
Leyla Əliyeva Albaniyaya səfəri ilə bağlı paylaşım edib
Xarici siyasət23:39
"Fənərbağça" Avropa Liqasının pley-off mərhələsində İngiltərə klubuna uduzub
Futbol23:34
Prezidentin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edilib
Xarici siyasət23:30
Misirin Baş naziri: Fələstin komitəsi Qəzzanın bütün rayonlarına çıxış əldə etməlidir
Digər ölkələr23:25
Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribat xarakterli hərəkətlərin qarşısı alınıb
Xarici siyasət23:15
ABŞ Prezidenti Rusiyaya qarşı sanksiyaların müddətini bir il uzadıb
Digər ölkələr22:50
CAR-da kimya zavodunda partlayışlar baş verib
Digər ölkələr22:48