Ötən ay Gürcüstanda 5900-dən çox cinayət törədilib, onlardan 80 faizinin üstü açılmayıb

Region
  • 30 sentyabr, 2019
  • 07:11
Ötən ay Gürcüstanda 5900-dən çox cinayət törədilib, onlardan 80 faizinin üstü açılmayıb

Ötən ay Gürcüstanda 5 962 cinayət faktı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin aylıq hesabatında bildirilib.

Cinayət faktlarının yalnız 1 236 və yaxud 20,73%-nin üstü açılıb. Aylıq müqayisədə cinayət faktlarının sayı 10 hal artıb.

Avqustda törədilən cinayət əməllərinin böyük əksəriyyəti əmlaka ( 2 185) və sağlamlığa zərər vurma (1 071) ilə bağlı olub.

44 filmi