Ötən ay Gürcüstan turizmdən 190 mln dollardan çox gəlir əldə edib

Region
  • 10 fevral, 2020
  • 10:52
Ötən ay Gürcüstan turizmdən 190 mln dollardan çox gəlir əldə edib

Gürcüstan ötən ay beynəlxalq turizmdən 193 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.

İllik müqayisədə gəlir 29 milyon ABŞ dolları və ya 17,6% artıb.

Qeyd edək ki, ötən il qonşu ölkənin turizmdən əldə etdiyi gəlir 3,3 milyard ABŞ dollarına bərabər olub.

44 filmi