OPEK-in toplantısının keçirilməsi üçün razılıq əldə olunmayıb
Region
- 02 fevral, 2016
- 13:44
Bakı. 2 fevral. REPORT.AZ/ Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) təcili toplantısının keçirilməsi üçün lazım olan dəstək verilməyib.
"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, Venesuela fevral ayında OPEK-in təcili iclasının çağırılmasını, tədbirdə neftin mövcud ucuz qiyməti ilə bağlı problemin müzakirəsini təklif etmişdi. Təklifi Əlcəzair, Nigeriya və Ekvador dəstəkləyiblər. Bununla belə, toplantının keçirilməsi üçün başqa üzv dövlətlərində razılığı tələb edilir.
Qeyd edək ki, təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. OPEK-ə Anqola, Liviya, Nigeriya, Əlcəzair, İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela və Ekvador daxildir.
Son xəbərlər
05:13
ABŞ "Havana sindromu" yaradan cihaz əldə edib
Sağlamlıq04:48
Fransa Olimpiya iştirakçılarının baqaj yoxlanışına icazə verib
İdman04:06
Kiyev qaranlığa qərq olub
Digər ölkələr03:50
Ukrayna ABŞ-dən silah alışı üçün 15 milyard avro ala bilər
Digər ölkələr03:26
Qrenlandiyanın Baş naziri: Biz Danimarkanı üstün tuturuq
Digər ölkələr03:12
TRIPP layihəsinin icrasına dair ABŞ-la Ermənistan arasında bəyanat qəbul olunub
İnfrastruktur02:46
Efiopiyada naməlum şəxslərin hücumunda iki türk turist həlak olub
Digər ölkələr02:13
UEFA ofsayd qaydasının dəyişdirilməsi təklifini rədd edib
İdman01:49