Bakı. 19 fevral. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Ankarada baş verən terror aktı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
"Report"un Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1 saat 20 dəqiqə davam danışıq zamanı Obama Türkiyənin yanında olduqlarını bildirib.
"Ankarada baş verən şiddətli terroru qınayırıq. Türkiyənin yanındayıq, xalqın faciəsini paylaşırıq", - Obama vurğulayıb.
ABŞ prezidenti bildirib ki, Türkiyə özünümüdafiə hüququna malikdir, ABŞ isə NATO üzrə tərəfdaşına dəstək verəcək.
İki ölkə liderinin Suriyada baş verən hadisələri də müzakirə etdiyi qeyd olunur.