Nursultan Nazarbayev nüvə dövlətləri sammitinin keçirilməsini təklif edib

Nursultan Nazarbayev nüvə dövlətləri sammitinin keçirilməsini təklif edib Qazaxıstanın birinci prezidenti, elbası (elbaşı) rütbəsi sahibi Nursultan Nazarbayev nüvə dövlətlərinin başçılarına müraciət edərək ölkə paytaxtı Nur-Sultanda görüşüb beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etməyə çağırıb.
Region
29 Avqust , 2019 14:09
Nursultan Nazarbayev nüvə dövlətləri sammitinin keçirilməsini təklif edib

Qazaxıstanın birinci prezidenti, elbası (elbaşı) rütbəsi sahibi Nursultan Nazarbayev nüvə dövlətlərinin başçılarına müraciət edərək ölkə paytaxtı Nur-Sultanda görüşüb beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etməyə çağırıb.

“Report” “Khabar 24”ə istinadən xəbər verir ki, o, Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Həmrəylik Günü münasibətilə Nur-Sultanda keçirilən “Nüvə silahsız dünya və qlobal təhlükəsizlik uğrunda” adlı Nazarbayev Sülh Mükafatının təqdimetmə mərasimindəki çıxışı zamanı tarixin dərslərinə baxmayaraq, bu gün nüvə dövlətləri arasında yenidən gərginliyin və etimad əksikliyinin baş qaldırdığını bildirib.

“Dünyadakı nüvə silahlarının 90 faizinə sahib olan ABŞ ilə Rusiya arasındakı geosiyasi böhran ciddi fəsadlar törədir. Tərəflərin başladığı və fəzaya da genişləndirilən gərgin silahlanmanın yeni texnoloji mərhələsi böyük narahatlıq doğurur. Qazaxıstanın da iştirak etdiyi Orta və Qısa Mənzilli Raketlərin Ləğvi Sazişi tam olaraq ortadan qaldırılıb”, – elbası deyib.

Keçmiş prezident bu gün nüvə silahlarına malik 9 dövlətin heç biri nüvə proqramlarını dayandırmaq barədə düşünmədiyini söyləyib: “Dünya miqyasında davakarlığın artdığı, qarşılıqlı etimadın azaldığı bir vaxtda bu problemlərin hər biri bəşəriyyəti xaosa sürükləyə bilər”.

Sadalananları əsas gətirən N.Nazarbayev nüvə dövlətlərinin başçılarını bəşəriyyətin gələcəyi barədə dialoqa başlamağa səsləyib: “İndi nüvə silahlarına söykənən strateji təhlükəsizliklə bağlı köhnəlmiş konsepsiyadan əl çəkmək zərurəti yaranıb. Nüvə silahları üzərində yeni nəzarət sistemi yaradılmalıdır. Beləliklə, ümumdünya nüvə silahlarının ixtisarı müqaviləsini hazırlamaq üçün danışıqlara başlamaq vacibdir”.

Qazaxıstanın birinci dövlət başçısı nüvə sınaqları poliqonlarının infrastrukturunu yox etmək barədə müvafiq dövlətlər qarşısında məsələ də qaldırıb.

Son xəbərlər

Orphus sistemi