Nikol Paşinyanın oğlu oğurlanmasına cəhddən danışıb: "Avtomobildən düşməyə qoymadılar"

Nikol Paşinyanın oğlu oğurlanmasına cəhddən danışıb: "Avtomobildən düşməyə qoymadılar" Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan oğurlanmasına cəhd hadisəsinin necə baş verdiyindən danışıb.
Region
5 İyun , 2023 17:07
Nikol Paşinyanın oğlu oğurlanmasına cəhddən danışıb: Avtomobildən düşməyə qoymadılar

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan oğurlanmasına cəhd hadisəsinin necə baş verdiyindən danışıb.

"Report"un xəbərinə görə, o, jurnalistlərə açıqlamasında deyib ki, Qayane Akopyan və digərləri söhbətləşmək üçün onu avtomobilə dəvət ediblər, sonra düşməyə imkan verməyiblər.

"Mən dedim ki, Qayane xanım, iradəmin əleyhinə olaraq məni niyə "Yeralbur"a aparmaq istəyirsiz?", - A.Paşinyan söyləyib.

O bildirib ki, Q.Akopyan onunla görüşmək istəyirsə, telefon nömrəsinə zəng etməlidir: "Ona dedim ki, mən indi sizinlə birlikdə "Yeralbur"a getmək istəmirəm. Siz heç mənim oraya getmək istəyib-istəmədiyimi soruşmursunuz".

Paşinyanın oğlu söyləyib ki, ona qarşı ağır cinayət törədilib. O, Q.Akopyanın ev dustaqlığına buraxılmasına etiraz edib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlamağa cəhddə şübhəli bilinən Q.Akopyan barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Xatırladaq ki, ki, Q.Akopyan mayın 17-də baş Aşotu qaçırmağa cəhddə şübhəli bilinərək saxlanılıb. O, günahını etiraf etməyib, buna etiraz olaraq aclıq aksiyasına keçirib. Mayın 20-də məhkəmə onun barəsində bir ay müddətinə həbs qətimkan tədbiri seçib. O, adam oğurluğunda ittiham olunur. Bu cinayət sübut olunarsa Q.Akopyanı 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi