Nikol Paşinyan: “Robert Koçaryanın qayıdışı ciddi məsələ deyil”
- 27 aprel, 2018
- 09:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 aprel. REPORT.AZ/ “Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın hakimiyyətə yenidən qayıtması haqqında söz-söhbətlər ciddi deyil”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə müxalifətinin lideri Nikol Paşinyan aprelin 27-də Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.
“Respublikaçılar Partiyası mövqelərindən geri çəkilməzsə, böhran dərinləşəcək. Biz xalqın qələbəsinin əlindən alınmasına imkan verməyəcəyik. Məsələ kimin baş nazir olmasında deyil, böhranın tənzimlənməsindədir. Əminəm ki, vətəndaşlarda oyanış baş verib. Əgər nəticəni de-yure təsbit etməsək, o zaman hərəkatı satmış olarıq ”, - o vurğulayıb.
N.Paşinyan seçicilərin əlaqə yaratması üçün deputatların mobil telefonlarının nömrəsini və ev ünvanlarının çap olunmasını da təklif edib.