Nikol Paşinyan ölkə sərhədlərini Daxil Qoşunların qoruması barədə qərar qəbul edib

Region
  • 03 iyul, 2018
  • 08:28
Nikol Paşinyan ölkə sərhədlərini Daxil Qoşunların qoruması barədə qərar qəbul edib
Nikol Paşinyan

Bakı. 3 iyul. REPORT.AZ/ Ermənistanın baş naziri Nikol Paşinyan ölkə sərhədlərini Daxil Qoşunların qoruması barədə qərar qəbul edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məsələ ilə bağlı ölkənin polis rəisi Valeri Osipyanla müdafiə naziri David Tonayan arasında görüş olub.

Bu qərara yalnız Daxili Qoşunların bir bölüyü etiraz edib. D.Osipyan bildirib ki, etiraz edən Daxili Qoşun bölüyü avqustun 15-də Dağlıq Qarabağa (Azərbaycanın işğal olunmuş ərazisi – “Report”) 15 günlük ezamiyyətə göndəriləcək.

Qeyd edək ki, Ermənistanın “Daxili qoşunlar haqqında” qanununa əsasən, onların tapşırıqlarından biri də müdafiədə iştirakdır. Əvvəlki prezident Serj Sarqsyan hakimiyyəti Daxili Qoşunlardan yalnız etiraz aksiyalarını dağıtmaq üçün istifadə edib.