Nikol Paşinyan Moskvaya yola düşüb

Nikol Paşinyan Moskvaya yola düşüb Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli görüş üçün Rusiyanın paytaxtı Moskvaya gedib.
Region
3178
11 Yanvar , 2021 09:38
Nikol Paşinyan Moskvaya yola düşüb
Nikol Paşinyan
0 : 00
0 : 00

Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli görüş üçün Rusiyanın paytaxtı Moskvaya yola düşüb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, ölkə müxalifətinin bəzi fəalları hökumət başçısının Moskvaya səfərinə mane olmağa çalışıb.

Məlumata görə, etirazçılar “Zvartnots” hava limanına gedən yolu bağlayaraq müxtəlif şüarlar səsləndiriblər.

“Nikol Paşinyan legitim rəhbər deyil, o, Ermənistanı təmsil etmir. Onun adından imzalanan sənədlərin heç bir hüquqi qüvvəsi olmayacaq”, - aksiya iştirakçılarından biri söyləyib.

Daha sonra etirazçılar aksiyanın yekunlaşdığını elan ediblər və hava limanına gedən yolu açıblar.

Bundan sonra baş nazir aeroporta çatıb və Moskvaya yola düşüb.

Qeyd edək ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar olacaq. Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırırlar.

Son xəbərlər

Orphus sistemi