Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Polis rəisi (Ermənistanın daxili işlər naziri- red.) vəzifəsinə istədiyi adamları təyin edə bilmir.
“Report” xəbər verir ki, bunu Ermənistanda çıxan “Jamanak” qəzeti yazıb.
Bildirilib ki, Nikol Paşinyan “İşıqlı Ermənistan” parlament fraksiyasının təqdim etdiyi namizədlərin qəbul olunmasını gözləyir.
Məlumata görə, sentyabrın 20-də Ermənistan parlamentində güc strukturlarına rəhbərlərin təyin edilməsi haqqında sənədə dəyişikliklər ikinci oxunuşda qəbul edilib. Dəyişiklik baş nazirə polis rəisi və MTX rəhbərliyinə bu sahənin mütəxəssisi olmayan Ermənistanın 25 yaşı tamam olmuş, 4 il ölkə ərazisində yaşamış istənilən vətəndaşını təyin etməyə imkan verir.
Bu qanun cari ilin noyabrında qüvvəyə minəcək.
Nikol Paşinyan müvvəqqəti Polis rəisi vəzifəsinə Yerevan meri Hayk Martunyanın dostu Arman Sarkisyanın, Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş direktoru Artur Vanesyanın dostu, qurumun müavini Eduard Martirosyanı xidməti rəisi vəzifəsinə müvvəqəti direktor təyin edib. Arman Sarkisyanın bu vəzifədə qalacağı gözələnilən olsa da, Martirosyanın direktor olacağı az ehtimal olunur.