Nikol Paşinyan evini satışa çıxarıb
Region
- 22 aprel, 2020
- 09:00
Ermənistanın baş naziri Nikol Paşinyan paytaxt Yerevandakı mənzilini satır.
“Report” “NEWS.am”a istinadən xəbər verir ki, evə 85 min ABŞ dolları qiymət qoyulub.
Mənzil fevralın 27-də - ölkədə koronavirus yayılmamışdan əvvəl satışa çıxarılıb.
Bu mənzil Yerevanda “Hayrenik” kinoteatrının yanında yerləşir. Ermənistan qanunlarına əsasən, istefada olan baş nazirə mənzil verilmir. Bu baxımdan onlar mənzili satıb yenisini almaq istəyirlər.
Nikol Paşinyan çıxışlarında ev istəyənlərə cavab olaraq demişdi: “Əlin-qolun, sağlığın yerindədir. Ona görə, ilk növbədə, özünün ev məsələsini həll elə. Aydındır? Mənim də evim yox idi. Haradandır evim? Mən 24 saat işləyərək özümə ev qurmuşam”. İndi bu mənzili sataraq yenisini əldə etmək qərarına gəlib.
Son xəbərlər
05:21
Peru İranla diplomatik əlaqələri kəsib
Digər ölkələr04:55
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
Digər ölkələr04:17
Şamaxıda zəlzələ olub
Hadisə04:06
"Bloomberg": İran hələ də AEBA müfəttişlərini nüvə obyektlərinə buraxmır
Region03:46
Fransa və ABŞ astronavtları BKS-dən kosmosa çıxıblar
Digər ölkələr03:19
ABŞ İranın hərbi hədəflərinə zərbələri başa çatdırıb - YENİLƏNİB
Digər ölkələr02:59
ABŞ-nin energetika naziri neft sazişi danışıqları üçün Venesuelaya gedəcək
Digər ölkələr02:40
Goranboyda yanğın baş verib
Hadisə02:22