Nikol Paşinyan: "Azərbaycanla sonuncu razılaşma bölgənin simasını dəyişəcək"

Nikol Paşinyan: "Azərbaycanla sonuncu razılaşma bölgənin simasını dəyişəcək" “Azərbaycanla razılaşmanı qiymətləndirməmək mümkün deyil. Bu, mühüm razılıqdır və ümid edirəm ki, biz onu dəqiqliklə gerçəkləşdirəcəyik. Bu, bölgədə iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək vacib layihədir”.
Region
16 Dekabr , 2021 11:37
Nikol Paşinyan: Azərbaycanla sonuncu razılaşma bölgənin simasını dəyişəcək
Nikol Paşinyan

“Azərbaycanla razılaşmanı qiymətləndirməmək mümkün deyil. Bu, mühüm razılıqdır və ümid edirəm ki, biz onu dəqiqliklə gerçəkləşdirəcəyik. Bu, bölgədə iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək vacib layihədir”.

“Report” xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu layihəsindən danışarkən bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə diqqəti bu məsələnin həllinə yönəltmək lazımdır.

Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevlə həmçinin ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olunduğunu da vurğulayıb.

Nikol Paşinyan deyib ki, Türkiyə ilə sərhədlər və kommunikasiyaların açılması razılığı əldə olunduğu təqdirdə Gümrü-Qars dəmir yolunun işə salınması da mümkündür.

Son xəbərlər

Orphus sistemi