Nazir: "Tacikistan Avrasiya İttifaqına üzvlüklə bağlı hələ qərar qəbul etməyib"

Nazir: "Tacikistan Avrasiya İttifaqına üzvlüklə bağlı hələ qərar qəbul etməyib" Sirociddin Aslov: "İqtisadiyyatımız bir sıra amillərə bağlı olduğundan istənilən iqtisadi təşkilata üzvlüyə ehtiyatla yanaşırıq"
Region
14 May , 2015 11:32
Nazir: Tacikistan Avrasiya İttifaqına üzvlüklə bağlı hələ qərar qəbul etməyib

Bakı. 14 may. REPORT.AZ/ "Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyün müsbət və mənfi cəhətlərini araşdırdığımızdan hələlik üzvlüklə bağlı yekun qərar qəbul etməmişik".

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu Tacikistanın xarici işlər naziri Sirociddin Aslov Dehlidə hindistanlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

O, jurnalistlərə xatırladıb ki, ölkəsi coğrafi cəhətdən dalanda yerləşir: "Respublikamızın dənizə çıxışı yoxdur. Dəmiryolu xətti isə siyasi münasibətimiz heç də normal olmayan Özbəkistandan, avtomobil yolu isə Çin və Qırığızıstana dağlıq ərazidən keçir".

Nazirin sözlərinə görə, Tacikistan ölkədə istehlak olunan malların 50 faizini idxal edir: "İqtisadiyyatımız bir sıra amillərə bağlı olduğundan istənilən iqtisadi təşkilata üzvlüyə ehtiyatla yanaşırıq". 

Son xəbərlər

Orphus sistemi