Nazir: “Gürcüstanı Azərbaycanla əlaqələndirən mühüm yol inşa edilir”

Nazir: “Gürcüstanı Azərbaycanla əlaqələndirən mühüm yol inşa edilir” “Gürcüstan hökuməti ölkədə mövcud dəmir yollarının modernləşdirilməsinə investisiya yatırmaqla yanaşı, ölkəni Azərbaycan, Ermənistan və Türkiyə ilə əlaqələndirən olduqca əhəmiyyətli yollar inşa etdirir”.
Region
22 Oktyabr , 2019 12:14
Nazir: “Gürcüstanı Azərbaycanla əlaqələndirən mühüm yol inşa edilir”

“Gürcüstan hökuməti ölkədə mövcud dəmir yollarının modernləşdirilməsinə investisiya yatırmaqla yanaşı, ölkəni Azərbaycan, Ermənistan və Türkiyə ilə əlaqələndirən olduqca əhəmiyyətli yollar inşa etdirir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın regional inkişf və infrastruktur naziri Maya Tskitişvili Beynəlxalq Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı bildirib.

Nazir deyib ki, hazırda ölkədə Şərq-Qərb avtomagistralı çərçivəsində yeni yollar tikilir və bu yollar daha sürətli, etibarlı və təhükəsiz olacaq.

M.Tskitişvili vurğulayıb ki, Gürcüstanda Qara dənizdə mövcud limanların inkişafı və Anaklia dərin dəniz limanı layihəsinə də dəstək göstərilir: “Bu layihələr Gürcüstana İpək Yolunun tələblərinə daha yaxşı cavab verməsi üçün imkanlar yaradacaq”.

Son xəbərlər

Orphus sistemi