Nazir: "Avqustda Türkiyə Ali Hərbi Şurasının toplantısını keçirəcəyik"

Region
  • 18 avqust, 2016
  • 09:53
Nazir: Avqustda Türkiyə Ali Hərbi Şurasının toplantısını keçirəcəyik

Bakı. 18 avqust. REPORT.AZ/ "Türkiyə Cümhuriyyəti iyulun 15-i ilə müqayisədə daha güclüdür"

"Report" xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri Işıq "Anadolu" agentliyinə müsahibəsində bildirib.

"Ordumuz Türkiyə Silahlı Qüvvələrinə sızmış xainlərin çoxundan təmizlənib. 9-u general və admiral olmaqla 137 nəfər fəraridir. Avqustda həmin hərbçilərin məsələsini müzakirə etmək üçün Ali Hərbi Şuranın toplantısını keçirməyi planlaşdırırıq", - deyə nazir vurğulayıb.