NATO PA-nın yaz sessiyası Tbilisidə keçiriləcək

NATO PA-nın yaz sessiyası Tbilisidə keçiriləcək Bununla bağlı Gürcüstanın baş naizri ilə NATO Parlament Assambleyasının prezidenti arasında keçirilən görüşdə razılıq əldə edilib
Region
9 Mart , 2017 09:37
NATO PA-nın yaz sessiyası Tbilisidə keçiriləcək

Bakı. 9 mart. REPORT.AZ/ NATO Parlament Assambleyasının (PA) yaz sessiyası bu il mayın 26-dan 29-dək Gürcüstan paytaxtı Tbilisidə keçiriləcək.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, bununla bağlı Gürcüstanın baş naziri Georgi Kvirkaşvili ilə NATO Parlament Assambleyasının prezidenti Paolo Alle arasında keçirilən görüşdə razılıq əldə edilib. 

Son xəbərlər

Orphus sistemi