İki həftəlik fasilədən sonra İrandakı “Buşer” AES-in fəaliyyəti bərpa olunub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Press TV” dövlət telekanalı məlumat yayıb.
Xatırladaq ki, iyunun 20-də texniki nasazlıq səbəbindən elektrik stansiyasına elektrik enerjisinin ötürülməsi dayandırılıb. Həmin vaxt İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə məlumat vermişdi ki, “Buşer” AES-ə heç bir hücum olmayıb, stansiyanın fəaliyyəti texniki nasazlıq səbəbindən dayandırılıb.
“Atom stansiyasının fəaliyyəti texniki nasazlıq aşkarlandıqdan bir neçə gün sonra dayandırılıb. Artıq nasazlıq aradan qaldırılıb və AES-in fəaliyyəti bərpa edilib” - İranın elektrik enerjisi üzrə nümayəndəsi Mustafa Rəcəbi Məşhədi bildirib.
O əlavə edib ki, AES-in fəaliyyətinin bərpa edilməsi ilə ölkənin elektrik şəbəkəsinə 1000 meqavat elektrik enerjisi daxil olacaq.