Mustafa Şentop xariciləri Azərbaycanın azad olunmuş ərazilərinə səfərə çağırıb

Mustafa Şentop xariciləri Azərbaycanın azad olunmuş ərazilərinə səfərə çağırıb "Biz dünya ölkələrinin hökumət rəsmilərini, diplomatları, vətəndaş cəmiyyəti institutlarının təmsilçilərini, alimləri, jurnalistləri 30 ilə yaxın erməni işğalı altında qalmış Azərbaycan ərazilərinə səfər etməyə çağırırıq. Əminəm ki, azad edilmiş torpaqlar
Region
210
27 İyul , 2021 21:57
Mustafa Şentop xariciləri Azərbaycanın azad olunmuş ərazilərinə səfərə çağırıb
Mustafa Şentop
0 : 00
0 : 00

"Biz dünya ölkələrinin hökumət rəsmilərini, diplomatları, vətəndaş cəmiyyəti institutlarının təmsilçilərini, alimləri, jurnalistləri 30 ilə yaxın erməni işğalı altında qalmış Azərbaycan ərazilərinə səfər etməyə çağırırıq. Əminəm ki, azad edilmiş torpaqlara gələn xarici nümayəndələr erməni vandallığına da yaxından şahid olacaqlar".

"Report" xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop "HaberGlobal" televiziyasına eksklüziv müsahibəsində deyib.

O, Qarabağda yaşayış məntəqələrinə, tarixi və mədəni abidələrə qarşı erməni vandallığını kəskin pisləyib: "Şuşada vəziyyət müəyyən qədər normaldır. Ancaq digər işğaldan azad edilmiş rayonlardakı acınacaqlı vəziyyət ermənilərin özlərini dünya ictimaiyyətinə sülhsevər kimi təqdim etmək niyyətini puça çıxarır".

M.Şentop Şuşaya səfərinin məqsədini də açıqlayıb: "Bizim niyyətimiz dünyanın diqqətini Azərbaycanın azad edilmiş ərazilərinə çəkmək və həqiqətləri görməsinə nail olmaqdır".

Son xəbərlər

Orphus sistemi