Nikol Paşinyan Milli Təhlükəsizlik Xidməti direktorunun anasını işdən çıxarıb

Nikol Paşinyan Milli Təhlükəsizlik Xidməti direktorunun anasını işdən çıxarıb Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın anası Marqarit Azaryanı işdən çıxarıb.
Region
3 aprel 2019 05:51
Nikol Paşinyan Milli Təhlükəsizlik Xidməti direktorunun anasını işdən çıxarıb
0 : 00
0 : 00

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın anası Marqarit Azaryanı işdən çıxarıb. 

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, M.Azaryan hökumətin kadrlar idarəsinin rəisi və Baş nazir Administrasiyası heyətinin rəisi vəzifəsini tuturdu.

M.Azaryan bu vəzifəyə 2018-ci ilin iyununda Nikol Paşinyan tərəfindən təyin edilmişdi.

Hökumət başçısının başqa bir sərəncamına əsasən, Baş nazir Administrasiyası protokol idarəsinin məsul şəxsi Aleksandr Mxitaryan da vəzifəsindən azad edilib. 

Son xəbərlər

Orphus sistemi