Mövlud Çavuşoğlu: "Türkiyənin Aİ ilə münasibətləri normallaşmağa başlayıb"

Mövlud Çavuşoğlu: "Türkiyənin Aİ ilə münasibətləri normallaşmağa başlayıb" Bakı. 16 avqust. REPORT.AZ/ Türkiyənin Aİ ilə münasibətləri normallaşmağa başlayıb.
Region
16 Avqust , 2018 13:42
Mövlud Çavuşoğlu: Türkiyənin Aİ ilə münasibətləri normallaşmağa başlayıb

Bakı. 16 avqust. REPORT.AZ/ "Türkiyənin Aİ ilə münasibətləri normallaşmağa başlayıb". 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, rəsmi Ankara Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi mövzusunda danışıqları davam etdirmək niyyətindədir

Xartırladaq ki, bir qədər öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniyanın kansleri Angela Merkel ilə telefon başlantısı zamanı tərəflər iki ölkə arasındakı əlaqələri müzakirə ediblər. Kansler Türk iqtisadiyyatının Almaniya Federativ Respublikası üçün vacib olduğunu deyib. 

Bu gün Ərdoğan ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışıqları planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi