Mövlud Çavuşoğlu TDT-nin baş katibi ilə görüşüb

Mövlud Çavuşoğlu TDT-nin baş katibi ilə görüşüb Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Bağdad Amreyevlə görüşüb.
Region
14 Fevral , 2022 00:45
Mövlud Çavuşoğlu TDT-nin baş katibi ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Bağdad Amreyevlə görüşüb.

Bu barədə "Report"un yerli bürosuna Türkiyə XİN-dən məlumat verilib.

Məlumatda qeyd olunub ki, görüş zamanı Türkiyə ilə təşkilata üzv digər türkdilli dövlətlər arasındakı mövcud münasibətlər, regional məsələlər diqqət mərkəzində olub. Danışıqlar zamanı həmçinin Ukrayna-Rusiya böhranının həllinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi