Mövlud Çavuşoğlu çinli həmkarı ilə Ukraynanı müzakirə edib

Mövlud Çavuşoğlu çinli həmkarı ilə Ukraynanı müzakirə edib Çinin xarici işlər naziri Vanq Yi Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Pnompendə keçirilən tədbirləri zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ukraynada sülh prosesinin bərpası və Ukrayna taxılının ixracını müzakirə edib.
Region
5 Avqust , 2022 08:36
Mövlud Çavuşoğlu çinli həmkarı ilə Ukraynanı müzakirə edib

Çinin xarici işlər naziri Vanq Yi Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Pnompendə keçirilən tədbirləri zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ukraynada sülh prosesinin bərpası və Ukrayna taxılının ixracını müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Vanq Yi bildirib ki, Çin Ukrayna böhranının ağrısız həllinə çalışan, konstruktiv rol oynayan Türkiyənin səylərini dəstəkləyir.

Çinin xarici işlər naziri qeyd edib ki, Pekin Rusiya-Ukrayna danışıqlarının təşviqində, o cümlədən Ukraynadan taxıl ixracının təmin edilməsinə dair məsləhətləşmələr zamanı Türkiyənin rolunu müsbət qiymətləndirir. O xatırladıb ki, Çin də beynəlxalq ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verir.

“Bu il ölkəmiz çətinliklərə baxmayaraq, daha çox ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə humanitar yardım kimi 30 min tondan çox ərzaq yardımı edib. Çin G-20 ölkələrinin platforması da daxil olmaqla, bu problemin həllinə töhfə verməyə davam edəcək”.

Son xəbərlər

Orphus sistemi