Moskvanın uşaq bağçalarından birində 87 uşaq zəhərlənib

Moskvanın uşaq bağçalarından birində 87 uşaq zəhərlənib Onlardan beş nəfəri xəstəxanaya yerləşdirilib
Region
17 Fevral , 2018 22:08
Moskvanın uşaq bağçalarından birində 87 uşaq zəhərlənib

Bakı. 17 fevral. REPORT.AZ/ Moskva şəhərinin uşaq bağçalarından birində valideynlər 87 uşağın zəhərləndiyini bildiriblər.

"Report" "Qovorit Moskva" radiostansiyasına istinadən xəbər verir ki, uşaqlarının sağlamlığına görə narahat olan valideynlər məsələnin araşdırılmasına prokurorluq orqanlarını cəlb etmək istəyirlər.

"Nahar vaxtı uşaqlar eyni zamanda özlərini pis hiss ediblər. Kəskin əlamətlər – qusma, qarı ağrısı, bəzilərində qızdırma. Hamı uşağını götürməyə getdi. Mənim uşağımın vəziyyəti axşamtərəfi pisləşdi – hərarəti 39,5 dərəcəyə qalxdı", - deyə uşaqlardan birinin anası danışıb.

Onun sözlərinə görə, poliklinikada zəhərlənmiş uşaqların analizlərindən ibarət 80 banka toplanıb.

Valideyn bildirib ki, beş uşaq təcili xəstəxanaya yerləşdirilib. Böyüklər baş verən hadisədə uşaqlara yemək gətirən qida kombinatını şübhəli bilirlər.

Son xəbərlər

Orphus sistemi