Moskvadakı "Bakı" kinoteatrı sökülüb - FOTO

Moskvadakı "Bakı" kinoteatrı sökülüb - FOTO Rusiya Federasiyasının paytaxtı Moskvada uzun illər fəaliyyət göstərən Bakı kinoteatrı sökülüb.
Region
2 Noyabr , 2019 22:31
Moskvadakı Bakı kinoteatrı sökülüb - FOTO
Foto: "Report"

Rusiya Federasiyasının paytaxtı Moskvada uzun illər fəaliyyət göstərən "Bakı" kinoteatrı sökülüb.

"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, kinoteatr 1974-cü ildə tikilib və binanın arxitekturasında ənənəvi Azərbaycan üslubundan istifadə olunub.

2004-cü ildə Moskva şəhərinin keçmiş meri Yuri Lujkov tərəfindən Azərbaycan diasporuna təklif olunan kinoteatrda Rusiya azərbaycanlılarının müxtəlif tədbirləri keçirilib.

Qeyd edək ki, 2014-cü ildə auksionda "Edisonenerqo" şirkətinə satılan "Bakı" kinoteatrı 2017-ci ildə kinoteatrların yenidənqurma proqramına daxil edilib.

Son xəbərlər

Orphus sistemi