Moskvada yanğın olub, bir nəfər ölüb, 9 nəfər yaralanıb

Moskvada yanğın olub, bir nəfər ölüb, 9 nəfər yaralanıb Yanğının söndürülməsinə yüzdən çox yanğınsöndürən, xilasedici və 30 texnika cəlb edilib
Region
7 yanvar 2017 06:16
Moskvada yanğın olub, bir nəfər ölüb, 9 nəfər yaralanıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Moskvanın şimal-şərqində inzibati binada baş verən yanğın nəticəsində bir nəfər ölüb, 9 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

Yanğının söndürülməsinə yüzdən çox yanğınsöndürən, xilasedici və 30 texnika cəlb edilib.

İlkin məlumata görə, yanğın binanın ikinci mərtəbəsindəki restoranda başlayıb. 

Son xəbərlər

Orphus sistemi