Moskvada terror aktları planlaşdıran 5 İŞİD yaraqlısı həbs olunub
Region
- 13 dekabr, 2019
- 12:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Moskvada İŞİD terror qruplaşmasının terror aktları planlaşdıran 5 yaraqlısı həbs olunub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Rusiya xüsusi xidmət əməkdaşlarının Daxili İşlər Nazirliyi ilə birlikdə həyata keçirdikləri əməliyyat zamanı iki Rusiya vətəndaşı və Orta Asiya ölkələrindən olan üç nəfər saxlanılıb. Məlumatda deyilir ki, onlar diversiya-terror aktları törətmək niyyətində olublar.
Aparılan axtarışlar zamanı İŞİD emissarlarının təlimatları ilə rabitə vasitələri, eləcə də “Kalaşnikov” avtomatı, "Makarov" tipli tapança, sursat və əldəqayırma partlayıcı qurğu aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb. İstintaq davam edir.
Son xəbərlər
08:51
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Xarici siyasət
08:43
Ceyhun Bayramovun çinli həmkarı görüşü başlayıb
Xarici siyasət
08:37
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
Ekologiya
08:35
ABŞ Rusiyanın "kölgə donanması"na qarşı sanksiyaları yumşaltmağı nəzərdən keçirir
Digər ölkələr
08:24
Bakının bir çox yollarında tıxac yaranıb
İnfrastruktur
08:04
Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Energetika
07:46
Britaniya Çernobıl AES-in təmiri üçün Ukraynaya 17 milyon funt sterlinq ayırıb
Digər ölkələr
07:18
ABŞ-nin səkkiz ştatı OpenAI şirkətinə qarşı iddia qaldırıb
Digər ölkələr
06:50
Şimali Koreya iki növ sualtı qayıqdan atılan strateji kruiz raketlərini sınaqdan keçirib
Digər ölkələr