Rusiyada sərnişin təyyarəni partladacağı ilə hədələyir
- 30 yanvar, 2020
- 12:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyada Simferopoldan Moskvaya gələn “S7” aviaşirkətinə məxsus təyyarənin qadın sərnişini laynerin Domodedovo hava limanına enməsindən sonra onu partladacağı ilə təhdidlərə başlayıb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Məlumata görə, hazırda təyyarə yavaş-yavaş dayanacağa doğru yan alır. Təyyarənin göyərtəsində, təxminən, 200 nəfər var.
Güc strukturundakı digər bir mənbə "sərnişinlərdən birinin çanta ilə koridorda dayandığını, lakin heç bir tələb təqdim etmədiyini" söyləyib.
Domodedovo hava limanının mətbuat xidmətindən bildirilib ki, belə vəziyyətlərdə əlavə təhlükəsizlik prosedurları təmin edilir və aeroportun təhlükəsizlik xidmətinin əməkdaşları güc strukturları ilə birlikdə lazımi addımları atacaq.