Bakı. 14 iyun. REPORT.AZ/ Moskvada iyunun 15-də Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin müdafiə nazirləri Şurasının iclası keçiriləcək.
"Report" MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, Şuranın işində İcraiyyə Komitəsinin sədri - MDB-nin icra katibi Sergey Lebedev iştirak edəcək.
İclasda 2020-ci ilədək Hərbi Əməkdaşlıq Konsepsiyasının həyata keçirilməsi, MDB ölkələrinin hava-kosmik müdafiə konsepsiyası layihəsinin hazırlanması, 2016-cı ildə Ordu Beynəlxalq Oyunlarının hazrlığı və keçirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır.
Həmçinin, iclasda maliyyə və kadr məsələləri üzrə bir sıra qərar qəbul olunacaq.