Moskvada koronavirus qurbanlarının sayı 500-ü ötdü

Moskvada koronavirus qurbanlarının sayı 500-ü ötdü Rusiyanın paytaxtı Moskvada daha 67 nəfər koronavirusun qurbanı olub.
Region
283
29 Aprel , 2020 00:37
Moskvada koronavirus qurbanlarının sayı 500-ü ötdü

Rusiyanın paytaxtı Moskvada daha 67 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyət üzrə Operativ Qərargahından bildirilib.

Qeyd edilir ki, bununla da paytaxtda COVID-19 infeksiyasından ölənlərin sayı 546 nəfərə çatıb. 

“Moskvada pnevmaniya diaqnozunun təsdiqləndiyi və koronavirus testinin müsbət olduğu 67 pasiyent vəfat edib”, - deyə xəbərdə bildirilir.

Qərargahın məlumatına görə, ölkədə ümumilikdə 93 558 koronavirusa yoluxma qeydə alınıb. Virusa yoluxmuş 8 456 nəfər sağalıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.  

Son xəbərlər

Orphus sistemi