Rusiyanın paytaxtı Moskvada daha 67 nəfər koronavirusun qurbanı olub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyət üzrə Operativ Qərargahından bildirilib.
Qeyd edilir ki, bununla da paytaxtda COVID-19 infeksiyasından ölənlərin sayı 546 nəfərə çatıb.
“Moskvada pnevmaniya diaqnozunun təsdiqləndiyi və koronavirus testinin müsbət olduğu 67 pasiyent vəfat edib”, - deyə xəbərdə bildirilir.
Qərargahın məlumatına görə, ölkədə ümumilikdə 93 558 koronavirusa yoluxma qeydə alınıb. Virusa yoluxmuş 8 456 nəfər sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.