Moskvada konsert keçirilməsinə icazə veriləcək

Moskvada konsert keçirilməsinə icazə veriləcək Eyni zamanda avqustun 1-dən idman tədbirlərində tribunaların 50%-dək dolmasına icazə veriləcək
Region
9 İyul , 2020 15:30
Moskvada konsert keçirilməsinə icazə veriləcək

Avqustun 1-dən etibarən Rusiyanın paytaxtı Moskvada kinoteatrlar açılacaq və şəhərdə konsertlər keçirilməsi mümkün olacaq.

“Report” RBK-ya istinadən xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin məlumat verib.

“Ən çoxu 3 min yeri olan teatrların, kinoteatrların və konsert zallarının açılmasına icazə veriləcək. Yalnız salonlar 50%-dən çox dolmamalıdır”, - merin məlumatında deyilir.

Eyni zamanda avqustun 1-dən idman tədbirlərində tribunaların 50%-dək (hazırda 10%-dir – red.) dolmasına icazə veriləcək.

İyulun 13-dən etibarən isə Moskvada attraksionlar fəaliyyətini bərpa edəcək və parkların, mədəniyyət mərkəzlərinin, habelə diskotekaların fəaliyyətinə qoyulan məhdudiyyətlər aradan qaldırılacaq. Ziyarətçilərin sayı məkanın tutumunun 50%-dən çox olmamalıdır.

Son xəbərlər

Orphus sistemi