Moskvada inzibati binada yanğın baş verib, hadisə yerinə qatar cəlb edilib
Region
- 31 yanvar, 2025
- 05:53
Moskvanın şimal-qərbində inzibati binanın 2 min kvadratmetr sahəsində yanğın baş verib. Hadisə yerinə yanğın qatarı cəlb edilib.
“Report” xəbər verir ki, bu barədə “Moskva Dəmir Yolları”nın teleqram kanalında məlumat verilib.
"Tuşino rayonunda yerləşən binalarda baş verən yanğının söndürülməsinə yanğın qatarı cəlb edilib. Qatarın tərkibində 150 ton su və 4 ton köpük əmələ gətirən maddə olan sisternlər var", - məlumatda deyilir.
Daha əvvəl bildirilmişdi ki, Sxodnenski dalanında keçmiş zavod binasında yanğın baş verib. Orada hostel də yerləşir. Məlumata görə, 300-dən çox insan təxliyə olunub, daha 60 nəfər xilas edilib.
Son xəbərlər
08:35
"XPeng" humanoid robotların seriya istehsalına 2026-cı ilin sonunda başlayacaq
İKT08:22
Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
Energetika08:15
Bakıda yağışlı havada tıxac olan yollar açıqlanıb
İnfrastruktur08:11
Qazaxıstanda neft emalı zavodunda yanğın olub
Digər08:03
Türkiyədə "Şirinlər"ə qarşı əməliyyat keçirilib, saxlanılanlar var
Region07:37
BMT Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayır
Xarici siyasət07:13
Tramp artan neft qiymətlərinə münasibət bildirib
Digər ölkələr06:47
İranda benzinin qiyməti iki dəfə artırılıb
Region06:14