Moskvada güclü külək 1 nəfəri öldürdü, 125 ağacı aşırdı

Region
  • 13 mart, 2020
  • 12:29
Moskvada güclü külək 1 nəfəri öldürdü, 125 ağacı aşırdı

Rusiyanın paytaxtı Moskva şəhərində əsən güclü külək nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, qasırğa nəticəsində 125 ağac aşıb.

Qeyd edək ki, Rusiya paytaxtında ikinci gündür güclü külək əsir.

Əvvəlcədən küləyin sürətinin saniyədə 25 metrədək güclənəcəyi şəhər sakinlərinin diqqətinə çatdırılıb.