Moskvada COVID-19-dan ölənlərin sayı 3,5 mini ötdü

Moskvada COVID-19-dan ölənlərin sayı 3,5 mini ötdü Son sutkada Moskvada koronavirusdan daha 34 nəfər ölüb.
Region
20 İyun , 2020 00:40
Moskvada COVID-19-dan ölənlərin sayı 3,5 mini ötdü

Son sutkada Moskvada koronavirusdan daha 34 nəfər ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhərin Koronavirusla bağlı Operativ Qərargahından bildirilib.

Qeyd edilir ki, pandemiya ərzində paytaxtda COVID-19-dan ümumilikdə 3 565 nəfər ölüb.

Xatırladaq ki, Rusiyada ümumilikdə 569 063 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 324 406 nəfər müalicə olunaraq sağalıb, 7 841 nəfər vəfat edib.

Son xəbərlər

Orphus sistemi