Moskvada bir gündə 71 nəfər koronavirusdan öldü

Moskvada bir gündə 71 nəfər koronavirusdan öldü Rusiyanın paytaxtı Moskvada koronavirusdan ölənlərin sayı 1 651 nəfərə çatıb.
Region
19 May , 2020 02:26
Moskvada bir gündə 71 nəfər koronavirusdan öldü

Rusiyanın paytaxtı Moskvada koronavirusdan ölənlərin sayı 1 651 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı bildirib.

Qeyd edilir ki, son sutka ərzində paytaxtda COVID-19-dan daha 71 nəfər dünyasını dəyişib. 

Şəhərdə koronavirusa yoluxan 146 min nəfərin 29 mini sağalıb.  

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi