Rusiyanın paytaxtı Moskvada minik avtomobilinin metro stansiyasının vestibülünə çarpılması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu yerli Fövqəladə Hallar Xidmətinin nümayəndəsi bildirib.
Hadisə paytaxtın şimalında yerləşən Mərkəzi Dairəvi “Okrujnaya” stansiyasında baş verib.
Avtomobildə 5 nəfər olub.
Hadisənin səbəbi araşdırılır.