Moskvada atışma nəticəsində 1 nəfər ölüb, 4-ü yaralanıb

Moskvada atışma nəticəsində 1 nəfər ölüb, 4-ü yaralanıb Silahlı insident iki dəstə arasında baş verib
Region
2 İyun , 2017 04:51
Moskvada atışma nəticəsində 1 nəfər ölüb, 4-ü yaralanıb
TASS

Bakı. 2 iyun. REPORT.AZ/ Moskvanın qərbində yerləşən Krılatski rayonunda baş vermiş atışma nəticəsində 4 nəfər yaralanıb, 1-i ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin paytaxt üzrə Baş İdarəsinin məlumatında bildirilir.

Məlumata görə, hadisə iki dəstə arasında qeydə alınıb.

Hazırda insidentin baş verdiyi yerdə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir, münaqişənin hansı şəraitdə baş verdiyi və səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi