Moskvada 6 avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb

Region
  • 27 iyul, 2018
  • 00:00
Moskvada 6 avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb

Bakı. 27 iyul. REPORT.AZ/ Moskva ətrafında 6 avtomobilin toqquşması ilə nəticələnən yol qəzasında 4 nəfər həyatını itirib. 

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya DİN-nin mətbuat xidmətindən məlumat verilib.

"Saat 01:30 radələrində Novaryazanskovo şosesinin 27-ci kilometrliyində "Kamaz" markalı yük maşını 6 avtomobillə toqquşub, 4 nəfər ölüb", - idarədən bildiriblər.

Hadisə yerinə istintaq qrupu cəlb edilib, qəzanın başvermə səbəbləri araşdırılır, avtomoboillərin hərəkətində xeyli çətinliklər yaranıb.